Ermənistana sığınan azərbaycanlı ailə İrəvandadır

5 Fevral 2014 17:26 (UTC+04:00)
Ermənistana siyasi sığınacaq üçün müracifət edən azərbaycanlı ailə hazırda İrəvandadır. ANS PRESS-in Azadlıq Radiosunun İrəvan bürosuna istinadən verdiyi məlumata görə, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti verib. Xidmət ailənin dəqiq yerini təhlükəsizlik məqsədilə açıqlamayıb. 

Qeyd edək ki, 29 yanvar tarixində 37 yaşlı Cavid Orucov həyat yoldaşı və 3 uşağı ilə sığınacaq almaq üçün Ermənistana müraciət edib. Ailə bu addımını ölkədə təqibə məruz qalması ilə əsaslandırıb. Təqiblər isə onun erməni əsilli Bakı sakini 31 yaşlı Röya Mirzoyeva adılı xanımla ailə qurmasından sonra başlayıb. Ermənistan KİV-lərinin məlumatına görə, Orucovun bir qədər əvvəl Avropa ölkələrinə siyasi sığınacaq barədə müraciəti uğursuz olub. Azərbaycan tərəfi hələ bu məsələyə münasibət bildirməyib.

Həyat yoldaşı erməni olan Cavid Orucovun ailəsinin gələcək taleyi ilə BMT-nin Ermənistan ofisi və Ermənistanın Miqrasiya Agentliyi məşğul olur.