Azərbaycan və Ermənistan prezidentləri görüşə bilər
5 Fevral 2014 18:00 (UTC+04:00)
"Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar yüksək
səviyyədə davam etdirilməlidir". ANS PRESS-in məlumatına görə, bu
barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda
jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ATƏT-in Minsk
qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə
Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün təşkili
üzərində işləyirlər:
"Prezidentlərin müzakirə aparması üçün onlara
məzmunlu əsas təklif etmək lazımdır. Biz indi bunun üzərində
işləyirik".
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi ilə
görüşlərində Qarabağ münaqişəsinin əsas prinsipləri ilə bağlı
məsələlər müzakirə olunacaq:
"Bir sıra məsələlər Parisdə müzakirə olunub. Heç
də bütün məsələlər həll olunmayıb. Həll olunmayan məsələlər
üzərində işləyəcəyik".