Sədərək bazarından Suriyaya döyüşə gedənlərlə bağlı açıqlama
5 Fevral 2014 23:31 (UTC+04:00)
Böyük ticarət mərkəzlərində , o cümlədən Sədərək bazarında vəhhabi
təriqətinə mənsub insanlar çoxluq təşkil edir və həmin yerlərdə
hüquq -mühafizə orqanları nəzarəti gücləndirməlidirlər.
Millət vəkili Cavanşir Paşazadə deyir ki, Suriyada özlərinə cənnət
axtaran radikal qruplaşmaların bir hissəsi də həmin yerlərdədir.
Hansı ki, vəhhabi, sələfi və digər təriqət mənsubları insanların
çoxluq təşkil etdiyi yerlərdə təbliğat apararaq din kontekstdən
çıxarılır, dövlətçilik, müstəqiliyimiz əleyhinə işlər görülür. Adı
çəkilən iri ticarət mərkəzlərindən birində Sədərək bazarında olduq.
Öyrəndik ki, bu səhərdən ticarətlə məşğul olan bəzi şəxslərin
siyahısı tutularaq, barələrində şəxsi məlumatlar qeydə alınıb.
Artıq 4 ildir ki, Sədərəkdə ticarətlə məşğul olan Süleyman
Mikayılov deyir ki, burada heç bir təbliğat aparılmır. Süleymanla
bərabər daha bir neçə nəfər Sumqayıt şəhərindən burda çalışırlar.
Özünü sələfi adlandıran İsa Arxməmmədov da Suriyaya döyüşə
gedənlərin buradan maliyyələşməsi, təbliğat aparılması barədə
deyilənləri təkzib edir. Sədərək ticarət mərkəzinin
rəhbərliyi isə vəziyyətin nəzarətdə olduğunu deyir. Aldığımız
məlumata görə Sədərəkdə vəhhabi təriqətinə mənsub şəxslərin siyası
hazırlanıb və onların sayı 38 nəfərdir. Bildirildi ki, burda heç
kimə dininə və təriqətinə görə fərq qoyulmur. Bura gələnlər
ticarətlə məşğul olur və onların sayı 20 mindən çoxdur.