Qəbul imtahanlarında növbəti dəyişiklik

6 Fevral 2014 13:48 (UTC+04:00)
Ümumi təhsil bazasında (9 illik) kolleclərə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!
Movqe.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul qaydalarında müəyyən dəyişiklik edib. Həmin dəyişikliyə əsasən, bu il buraxılış imtahanlarının nəticələri əsasında ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə müsabiqə aparılacaq.  Belə ki, 9-cu sinifi bitirən şagirdlərdən kolleclərin müsabiqəsində iştirak etmək istəyənlər buraxılış imtahanının nəticəsinə əsasən, ixtisas seçimi edə biləcəklər. Başqa sözlə, 9-cu sinifi bu il bitirən və kolleclərə qəbul olmaq istəyənlər üçün ayrıca imtahan keçirilməyəcək. Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları (9-cu sinifi əvvəlki illərdə bitirənlər) üçün keçiriləcəkdir. Həmin imtahanın iyun ayının 29-da keçirilməsi nəzərdə tutulur.