Vüsalə ilə boşanan Azər 2-ci dəfə evlənəcək - EKSKLÜZİV
6 Fevral 2014 15:30 (UTC+04:00)
Aparıcı Azər İsmayılov boşandıqdan sonra ikinci evlilik barədə
düşünür. Mövqe.az-ın əməkdaşı ilə danışan zaman xəbəri təsdiqləyən
aparıcı bildirib: " Bəli, evlənəcəyəm. İkinci dəfə ailə həyatı
quracağam. Hətta yaya qədər evlənməyi düşünürəm. Şəriətdə də belə
bir məsələ var və Məhəmməd peyğəmbər özü deyib ki, kişi subay
qalırsa deməli o, günah iş görür. Əgər mən fiziki cəhətdən sağlam
və normal kişiyəmsə niyə də ailə qurmayım? Məni istəyən o qədər
xanım var ki... Sadəcə seçim edirəm və məni sevib, hörmət edən,
mənə dəyər verən, ailəsini, övladını düşünən, onları hər şeydən
öndə tutan, əsl Azərbaycan xanımı ilə bundan sonra ailə həyatı
quracağam".