Taner Yıldız: Ankara İraq qazının idxalını İran, Rusiya və Azərbaycandan tədarüklərdən üstün tuta bilər
6 Fevral 2014 18:59 (UTC+04:00)
Ankara İraq qazını hazırda İran, Rusiya və
Azərbaycandan idxal olunan qazdan üstün tuta bilər. Bunu Türkiyənin
energetika və təbii sərvətlər naziri Taner Yıldız bəyan edib.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Haberler" qəzeti
yazıb.
Nazirin sözlərinə görə, İraq Türkiyə ilə həmsərhəd
olduğuna görə bu ölkədən idxal olunan qaz üçün İrandan, Rusiyadan
və Azərbaycandan idxal olunan qaza nisbətən az pul ödəmək lazım
gələcək.
İraqın kürd muxtariyyəti 2016-cı ilin sonundan
Türkiyəyə qaz ixrac etməyi planlaşdırır. Türkiyəyə tədarük ediləcək
qazın ilkin həcmi 20 milyard kubmetr təşkil edəcək.