"Artıq 10 mindən çox əmanətçiyə ödəniş edilib"

6 İyun 2012 22:40 (UTC+04:00)

Bəlli olduğu kimi, mayın ilk günündən Azərbaycanda Sovetlər dövründən qalan əmanətlərin qaytarılmasına başlanılıb. Bu prosesi "Kapital Bank" həyata keçirir. Artıq "Kapital Bank"ın filiallarının və şöbələrinin qarşısında böyük növbələrə rast gəlmək olur. Maliyyə naziri Samir Şərifov Sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesinin gedişi barədə ANS-ə məlumat verib. O bildirib ki, artıq 10 mindən çox əmanətçiyə ödəniş edilib.

Movqe.Az