AZAL aviabiletlərin qiymətini aşağı saldı

6 Fevral 2014 20:40 (UTC+04:00)
Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tbilisi-Bakı istiqamətindəki uçuşlarda daşınma qiymətini aşağı salıb. Movqe.az xəbər verir ki, AZAL-ın yaydığı məlumata əsasən, indi sözügedən reys üzrə aviabileti, yığım və rüsumlar da daxil olmaqla, əvvəlkindən təxminən 20% ucuz, 200 manata almaq mümkündür. Maraqlananlar daha ətraflı məlumat almaq və aviabiletlərin bronlaşdırılması üçün Çağrı Mərkəzinə müraciət edə bilərlər: +(99412) 598-88-80, *8880.