Bu ölkənin adı dəyişə bilər

7 Fevral 2014 13:35 (UTC+04:00)

Qazaxıstan üçün yeni ad təklifi edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev , ölkəsinin adının Kazak Türkcəsindəki halıyla "Kazak Eli" olaraq dəyişdirilməsini təklif edib və ad üzərində ediləcək hər hansı  dəyişikliyin ictimaiyyət qarşısında müzakirə edilməsi lazım olduğunu söyləyib.


Movqe.Az xəbər verir ki, Qazaxıstan Prezidentinin rəsmi internet saytında , Nazarbayevin Qazaxıstanın əsas liman şəhəri Atıravda bir məktəb səfəri zamanı etdiyi şərh yer alıb.


Qazaxıstanın yer bildirən "stan" şəkilçisiylə bitdiyini xatırladan Nazarbayev , ölkə adının Kazak Türkcəsindəki söylənişi olan "Kazak Eli" nin , yeni bir ad olaraq düşünülə biləcəyini söyləyib. 


Nazarbayev , "Ancaq belə bir dəyişik ictimaiyyət qarşısında müzakirə edilməlidir" deyib.


Qazaxıstanın adının Orta Asiyadakı bir çox ölkə kimi "stan" ilə bitdiyinə işarə edən Nazarbayev , adı fərqli olan bəzi ölkələrin az əhaliləri olmalarına rəmən daha çox maraq çəkdiyi fikrini müdafiə edib.