Ermənilərdən ibarət cinayətkar qrup tutuldu

7 Fevral 2014 20:42 (UTC+04:00)
Rusiyada əsasən ermənilərdən təşkil edilmiş cinayətkar qruplaşma tutulub. Qruplaşma Moskvada əmlakla bağlı silsilə cinayətlər törədiblər.  Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, cinayətkar qruplaşma yaxın zamanlarda ölmüş tənha insanlar barədə məlumat əldə edirmiş. "Sonra saxta sənədlərdən istifadə etməklə mənzilləri başqa adamların adına rəsmiləşdirib satırmışlar", - deyə məlumatda bildirilir. Dəstə üzvləri Rusiyanın müxtəlif bölgələrində və Ermənistanda qeydiyyatda olublar. Onların rolları əvvəlcədən müəyyən edilib. Saxlananlar hamısı həbs edilib. "Cinayətkarların yaşayış yerinin axtarışı zamanı iki qumbara, partlayıcı qurğu, saxta sənədlər aşkarlanıb", - deyə məlumatda bildirilir. Qurumdan qeyd ediblər ki, dəstə üzvləri həmçinin keçən ilin noyabr ayında baş vermiş dəhşətli qətldə günahkar ola bilərlər. O da bildirilmişdi ki, parçalanmış kişi cəsədi mumiyalanmış halda Moskvada mənzillərdən birində tapılıb. Dəqiqləşdirilib ki, ölüm hadisəsi 1 il qabaq baş verib. DİN əlavə edib ki, cəsəddə güllə yarasının izləri var. Məsələ ilə bağlı cinayət işi qaldırılıb. (ANS)