Cəbhədə daha bir gərgin gecə
8 Fevral 2014 10:44 (UTC+04:00)
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi
ümumilikdə 25 dəfə pozulub.
Müdafiə Nazirliyindən Movqe.az-a verilən məlumata görə, erməni
silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk
rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Aşağı Seyidəhmədli,
Qaraxanbəyli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı,
Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu
kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.