Rəsul Quliyevdən daha kəskin İTTİHAM
8 Fevral 2014 20:14 (UTC+04:00)
Eks-spiker Rəsul Quliyev müxalifəti tənqid edən növbəti və daha
kəskin ittihamlarla çıxış edib. Movqe.az-ın məlumatına görə, Rəsul
Quliyev sosial şəbəkədəki çıxışında Milli Şuranı AXCP-nin filialı
hesab etdiyini qeyd edib: "Milli Şuranın AXCP-nin filialı olduğu
artıq sirr deyil. Cəmil Həsənli yaxşı olardı ki, şələ-şüləsini
yığışdırıb Əli Kəriminin yanından uzaqlaşsın. Az çox hörməti var
idi, onu da Milli Şurada vurdu yerə".
Eks-spiker Müsavat Partiyasının yeni koalisiya yaratması ehtimalına
da münasibətini bildirib. Onun fikrincə, adları müxtəlif,
fəaliyyətləri isə eyni olacaq qurumların yaradılması sadəcə,
gündəmdə qalmaq üçün atılan blef addımlardır: "İndi də Milli
Şuradan kənarda koalisiya yaratmaq istəyirlər. Guya burada Milli
Şuradan artıq nə isə əldə edəcəklər. Bunlar həqiqətən də çox yazıq
və pis gündədirlər. Adam utanmasa bunlara baxıb göz yaşı tökər".