Nadir Qafarzadə: “Hər şeyi kompleks edirəm”

7 İyun 2012 16:11 (UTC+04:00)
Azərbaycanın populyar müğənnisi Nadir Qafarzadə yerli telekanallardan birinə verdiyi açıqlamasında nədən kompleks hiss etdiyini açıqlayıb. Bu haqda bilib, müğənninin özü ilə əlaqə saxladıq. Müğənninin sözlərinə görə, o özünə qarşı olduqca tələbkar biridir. 

 "Mən gözəlliyin vurğunuyam. Hər zaman hər şeyin yaxşı görünməsini istəmişən. Əgər bu gün mən səhnəyə çıxıramsa, tamaşaçılara gözəl görünmək istəyirəm. Özümdə, xarici görünüşümdə hansısa nöqsan olursa, kompleks hiss etməyə başlayıram. Bu, özümdən asılı deyil.

Bəlkə də bu pisdir. Lakin özümdən asılı deyil. Hər şey mükəmməl olmalıdır", - Nadri Qafarzadə deyib.

Qeyd edek ki, müğənni verdiyi açıqlamada yaradıcı insanların özünə nəzarət etməsinin vacibliyini vurğuladı.

Türkan Nadirqızı

Movqe.Az