Söyün Sadıqov: “Azərbaycanda normal müxalifət yoxdur”
9 Fevral 2014 17:00 (UTC+04:00)
"Hər bir ölkədə müxalifət var, çünki heç bir hakimiyyət hamını eyni
qaydada razı sala bilməz. Kimsə hakimiyyətdən razıdır, kimsə
narazıdır, bunlar normal şeylərdir. Ən əsası müxalifət radikal yox,
konstruktiv olmalıdır. Müxalifətin hakimiyyətdən daha yaxşı, real
proqramı olmalıdır". Bunu AzNews.az-a Rusiya prezidenti Vladimir
Putin səlahiyyətli nümayəndəsi, Rusiya Azərbaycanlılarının
Milli-Mədəni Muxtariyyətinin prezidenti və "Milyarderlər
İttifaqın"nın təsisçilərindən biri olmuş Söyün Sadıqov bildirib.
Azərbaycan müxalifətinin bugünkü durumu ilə bağlı fikirlərini
bölüşən S.Sadıqovun sözlərinə görə, ancaq real proqramı olduğu
təqdirdə müxalifəti əsl müxalifət hesab etmək olar: "Ancaq bu halda
onlara müxalifət demək olar. Yoxsa hər şeyin yalnız pis olduğunu
qışqırıb, əslində, nəyin pis olduğunu bilməyənlərə müxalifət demək
olmaz. Azərbaycanda da Rusiyadakı kimi normal müxalifət yoxdur.
Eyni simalar, eyni etirazlardır".