Fətullah Gülənlə bağlı şok məlumatlar yayıldı

9 Fevral 2014 17:26 (UTC+04:00)
Türkiyə mətbuatında Fətullah Gülənlə bağlı şok məlumatlar yayılıb. Movqe.az-ın Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, Gülən camaatı ABŞ siyasətçilərini susdurmaq üçün 2006-cı ildən bu günə qədər 1,5 milyon dollar dəyərində vəsait xərcləyib. Hazırkı Texas şatının valisi Rik Perriyə də yüksək məbləğdə ödənildiyii barədə məlumatlar üzə çıxıb. Perri Türkiyənin NATO üzvlüyündən çıxarılmasının tərəfdar olması ilə seçilir. Türkiyənin "Sabah" qəzetinin əldə etdiyi pul xərcləyənlər siyahısında isə Gülən camaatına yaxınlığı ilə seçilən və Nyu-Cersi ştatında "Bayrock Natural Stone" adlı mərmər idxalı şirkətinin sahibi olan türk əsilli Burak Yeneroğlunun adı yer alıb. Məlumatlarda Yeneroğlunun Obamanın prezident seçiləri zamanı tək başına 652 min dollar pul xərcləməklə siyahının 96-cı pilləsində yer aldığı bildirilir. Siyasətçilər bu məbləği xərcləyən Yeneroğlunun Obama höküməti yanında nüfuzlu lobbi gücünə sahib olduğunu ifadə edirlər. Yeneroğlunun Gülən camaatına yaxılığı ilə seçilən "Turk-American Alliance" təşkilatının fəallarından olduğu da yayılan məlumatların içində yer alıb. Gülən camaatına yaxın "Rumi Forum", "Apple Educational Services", "American -Turkish Frendship Association" kimi təşkilatları təmsil edən 9 nəfərin də Obamanın prezident seçilməsinə görə təşkil edilən ziyafərdə işirak etdikləri və bu zaman adambaşına 38 min 500 dolar dəyərində pul xərclədikləri bildirilir.