"Mən dəqiq deyə bilərəm ki, qalmaqal edənlərin sənəti yoxdur. Kim isə digər birinin sənətini həzm edə bilmirsə, deməli o, paxıllıqdan qalmaqal edir. Toya gedirəm, əgər mən oxuyanda kiminsə əri və ya oğlu mənə baxırsa, yanında oturan mənə qısqanclıq edirsə, günahı məndədir? O günlərdə Asena danışdı. Asenanın həyatı necədirsə, həyatında nə olubsa, başına nə gəlibsə, onların hamısı məndə də var. Mən də fikirləşirəm ki, demək, kimsə mənə paxıllıq edirsə, məndə olan şey onda yoxdur.
Ürəyim təmizdir, xarici görünüşümə də söz ola bilməz. Məndə olan parfümeriya heç Hollivud ulduzlarında yoxdur", - Mətanət Əsədova dedi.
Türkan Nadirqızı
Movqe.Az