"Neftçi"nin baş məşqçisi hakimi günahlandırdı

9 Fevral 2014 20:31 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan çempionatının XX turun oyunları çərçivəsində keçirilən "Neftçi-Xəzər-Lənkəran" oyunu gərgin mübarizə şəraitində keçib.

Məlumata görə, Rəhim Həsənovun baş hakimlik etdiyi oyunda sonda narazıçılıq yaşanıb.

Hakimin "Neftçi"nin futbolçularına göstərdiyi cəza tədbirləri azarkeşlər və eləcə də "Neftçi"nin rəsmiləri tərəfindən qınanıb.


Bu barədə ANS PRESS-ə danışan "Neftçi"nin mətbuat katibi Gündüz Abbaszadə bildirib ki, "Xəzər-Lənkəran" sonda 2 qolu hakimin sayəsində əldə edib.


O, həmçinin oyundan narazı olan "Neftçi"nin azarkeşləri stadionda xoşagəlməz hərəkətlər ediblər xəbərinə də aydınlıq gətirib:


"Oyunda "Neftçi"nin azarkeşləri iştirak edə bilməzdi. Çünki AFFA-nın Nizam-İntizam Komitəsinin "Neftçi"nin səfərdəki oyununda azarkeşsiz oynaması ilə bağlı qərarı var, buna görə də stadionda "Neftçi" azarkeşləri olmayıb. Həmçinin, "Xəzər Lənkəran" komandası da Bakıda keçiriliəcək oyunda azarkeşsiz iştirak etməlidir. Oyunun sonunda baş verən polislə qarşıdurma da məhz lənkəranlı azarkeşlər tərəfindən olub".


Oyunun taleyi ilə bağlı danışan "Neftçi"ni baş məşqçisi də hakimin oyunda fəaliyyəti barədə narazılıq edərək "Əgər bütün ixtiyar baş hakimin əlində olsaydı, 11 oyunçunun hamısını qovardı. Rəhim Həsənov 3 xalımızı əlimizdən aldı" -deyə fikrini bildirib.


O, həmçinin Bakıdakı revanş oyununda Mustafanın komandasına 5 qol vurmasam, istefa verib gedəcəm deyib.


Qeyd edək ki, oyun "Xəzər Lənkəran"ın sonuncu dəqiqələrdə vurduğu 2 qolla bərabərliyə qalıb: 2:2.