Müdafiə Nazirliyindən özünü yaralayan hərbçilərimizlə bağlı açıqlama
10 Fevral 2014 10:17 (UTC+04:00)
Müdafiə Nazirliyindən silahla ehtiyatsız rəftar
nəticəsində xəsarət alan hərbçilərimiz barədə açıqlama
verilib.
Nazirlikdən ANS PRESS-in sorğusuna cavab olaraq
bildiriblər ki, son vaxtlar bu cür hadisələrin artması yox, əksinə
olaraq azalması müşahidə edilir. Məlumatda qeyd olunub ki, Müdafiə
Nazirliyi rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən neqativ
halların baş verməməsi üçün hərbi hissə və birləşmələrdə bütün
qabaqlayıcı tədbirlər görülür: "Təhlükəsizlik qaydalarının pozulması halları və baş verən
hadisələr haqqında mətbuat xidməti mütəmadi olaraq məlumat verir.
Son vaxtlar bu cür hadisələrin artması yox, tam fərqli olaraq
azalması müşahidə edilir. Bunu da hərbi hissələrdə şəxsi heyətlə
aparılan işlərin nəticəsi kimi dəyərləndirmək
olar".
Nazirlikdən bildiriblər ki, hər bir hadisə ilə
bağlı cinayət işi başlanıb: "Hərbi Prokurorluq tərəfindən faktla
əlaqədar araşdırma aparılır",- deyə Nazirlikdən göndərilən
məlumatda vurğulanır.