Google qadağası sona çatacaq!

10 Fevral 2014 22:24 (UTC+04:00)

Google qadağasız internetin beta versiyasını təqdim edir. 


Google , Vaşinqton Universiteti və Brave New Software , istifadəçilərə dünyanın harasında olsa da qadağasız internetə girmək imkanı təmin edən " UProxy " nin beta versiyasını təqdim edib.

Movqe.Az xəbər verir ki, Chrome və Firefox ilə birlikdə çalışacaq UProxy sayəsində bütün internet istifadəçiləri ABŞ və ya İngiltərə kimi daha azad internet qanunlarına sahib ölkələrdəki yoldaşlarının internet serverlərinə bağlanıb interneti sanki bu ölkələrdəymiş kimi istifadə edə biləcək.


Hələ sınaq mərhələsində olan "UProxy"nin yaradıcıları Vaşinqton Universiteti elm insanları və Brave New Software şirkəti , tətbiqin beta versiyasını sınamaqda olduqlarını açıqlayıb.