"Zəlzələnin təkrarlanması ilə bağlı narahatçılığa əsas yoxdur"

10 Fevral 2014 19:20 (UTC+04:00)
Bu gün ölkə ərazisində zəlzələ baş verib. Zəlzələ Bakı da daxil omaqla əksər yerlərdə hiss edilib. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin ANS-ə verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində qeydə alınıb. Zəlzələnin maqnitudası 5,7, dərinliyi isə 55 km olub. Respublika Seysmoloji Xidmət mərkəzindən verilən məlumata görə, zəlzələ episentrdə 6 bala yaxın, respublika ərazisində isə 5 bala qədər hiss olunub. Qurban Yetirmişli ANS-ə zəlzələnin təkrarlanması ilə bağlı narahatlıqlara əsas olmadığını deyib.