"Kurt Seyit və Şura" serialının yayım tarixi bəlli oldu

11 Fevral 2014 11:17 (UTC+04:00)

"Star TV"də bir müddətdir təqdimatı gedən "Kurt Seyit və Şura" serialının yayım tarixi bəlli oldu. Mövqe.az türk mətbuatına istinadən bildirir ki, Kıvanç Tatlıtuğ və Zeynep Farah Abdullahın baş rollarını canlandıran serial 4 mart çərşənbə axşamı saat 22.00 də yayımlanmağa başlayacaq.