Ölkədə qriplə bağlı son vəziyyət açıqlandı-Özəl

11 Fevral 2014 11:09 (UTC+04:00)
Azərbaycanda kəskin respirator xəstəliyə yoluxanların sayı azalıb. Bu məlumatı Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin  (RGEM) RGEM-nin Hava damcı infeksiyaları bölməsinin rəisi Nəzifə Mürsəlova verib. N. Mürsəlova bildirib ki, yanvar ayında əhali arasında kəskin respirator xəstəliyin yayılması halı artıb: "Amma yanvar ayının 20-dın sonra xəstəliyə yoluxanların sayı azalıb. Müraciət edən xəstələrdən götürülən analizlər Respublika Taun Əleyhinə Stansiyada laborotoriyada yoxlanılır. Hələki qrip virusunun hansısa növü təsdiqlənməyib. Hazırda əhali arasında yayılmış xəstəlik kəskin respirator infeksiyadır".
N. Mürsəlova bildirib ki, xəstəliyin uzun müddət çəkməsi isə kəskin respirator xəstəliyə yoluxanların yataq şəraitində olmaması, ictimai nəqliyyatdan istifadə edərək təkrar xəstəliyə yoluxması ilə əlaqədardır: "Bu xəstəliyin qısa müddətdə sağalması üçün xəstə yataq rejimindən qalxmaqdır. Əgər yataq rejiminə əməl olunmursa, bu xəstəliyin yayılmasına və şiddətlənməsinə səbəb olur. Bu cür xəstələr çalışmalıdırlar ki, tam sağalanadək yataq rejimində olsunlar".