Gürcüstan Prezidentinin Azərbaycana səfərinin proqramı açıqlanıb

11 Fevral 2014 15:46 (UTC+04:00)

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-13-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Gürcüstan Prezidenti Administrasiyasından Trend-ə verilən məlumata görə, səfər çərçivəsində G.Marqvelaşvilinin Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Gürcüstan Prezidenti yanvarın 13-də Azərbaycanın Qax rayonunda olacaq və yerli gürcülərlə görüşəcək. G.Marqvelaşvili, həmçinin Qəbələ şəhərində olacaq.

Gürcüstan nümayəndə heyətinin tərkibinə parlament çoxluğunun üzvləri, Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi İrina İmerlişvili daxildir. Səfər zamanı bir sıra sənədlər imzalanacaq.