Şou - biznesdə növbəti barışıq

11 Fevral 2014 16:45 (UTC+04:00)
Rəsmi olmasa da, verilən titullar şou əhlini bir-birinə vurur. Rəsmi olmayan titullar üstündə dava-dalaşlar düşür. Belə gərginlik iki tanınmış sima arasında da özünü büruzə verib. Ancaq sevindirici hal odur ki, müğənnilər Vasif Məhərrəmli və Nadir Qafarzadə arasında problem çözülüb. Mövqe.az xəbər verir ki, müğənnilər "şah" titulu üstə savaşsalar da, sonda razılaşa biliblər. Nadir özünü Nadir şahla eyni tutub. Vasif Məhərrəmli isə özünü şou-biznesin şahı adlandırıb.