"Beatles" qrupunun Hamburqdakı muzeyi bağlanacaq

7 İyun 2012 19:08 (UTC+04:00)
Mövqe.Az "Local.de" Alman saytına istinadən xəbər verir ki, Əfsanəvi "Beatles" qrupunun Hamburqdakı muzeyi iyun ayında bağlanacaq. Bu beşmərtəbəli bina qrupun çıxış etdiyi yerdə tikilmişdi.Muzeyin bağlanmasına səbəb kimi muzeyi ziyarət edənlərin sayının kəskin dərəcədə azalmasıdır. Muzeyin sahibi Folkert Kupmansın sözlərinə görə :"  Əvvəllər 1 ildə 50 000 ziyarətçi gəlirdi , indi isə bu rəqəm minimuma düşüb. Həm də muzey 3 000000 avro dəyərində olan ziyanı ödəmək iqtidarında deyil".