Misirdə təbii qaz xətti partladıldı

11 Fevral 2014 19:15 (UTC+04:00)

Misirin Sina bölgəsin orta seqmentindəki Əl-Arış şəhərinin Ər-Reysan bölgəsindən keçən təbii qaz boru xətti şəxsiyyətləri bəlli olmayan şəxslər tərəfindən partladılıb. Misir rəsmi xəbər agentliyi MENA-nın xəbərinə görə, hadisədə can itkisi olmasa da, Sina Sənaye bölgəsinin təbii qazla təminatı dayandırılıb.

Xatırladaq ki, Misirdə qaz kəmərləri, Misir inqilabının başladığı 25 Yanvar 201-ci il tarixindən etibarən zaman-zaman hücumlara məruz qalır.