Prezident hakimi cəzalandırdı

11 Fevral 2014 20:42 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əkbər oğlu Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Movqe.az-ın xəbərinə görə, buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.