Kollec direktoru həbs edildi- Korrupsiya

12 Fevral 2014 09:55 (UTC+04:00)
Ağcabədi Pedaqoji Kollecinin direktoru Sahib Hüseynov saxlanılıb.  Movqe.az-ın AzNews.az-a istinadən əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən direktorun rəhbərlik etdiyi Kollecdə rüşvətxorluqla bağlı daxil olan məlumat əsasında axtarışa başlanıb. Nəticədə ortaya rüşvət faktları çıxdığından, kollecin direktoru Sahib Hüseynovun yaxınlarının və öz evində əməliyyat axtarış tədbirləri həyata keçirilib. Qeyd edək ki, ötən ilin sentyabrın 9-da Kollecin direktoru Vaqif Hüseynov infarkt nəticəsində dünyasını dəyişib. Onun yerinə isə öz qardaşı Sahib Hüseynov təyin olunmuşdu. Bir sıra KİV-lərdə Ağcabədi Pedaqoji Kollecində rüşvətxorluğun baş alıb getməsi və bu təhsil ocağında biabırçılıqların baş verməsi barədə məlumat yer alıb.