Qonşunun iti 11 aylıq körpəni parçaladı

12 Fevral 2014 12:15 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərənin Blackburn şəhərində 11 aylıq Ava-Jayne Corless ögey atasının evində qonşuların "təcavüzkar və çox qorxulu" olaraq təyin etdiyi ailə iti tərəfindən parçalanaraq dünyasını dəyişib. 


Polis, hücumda həyatını itirən körpənin 20 yaşındakı anası Kloe King və 26 yaşındakı ögey atası Li Raytı laqeydlik nəticəsində ölümə səbəb vermək ittihamı ilə həbs etdiklərini söyləyib.


Körpənin 24 yaşlı atası "Hadisəni eşidən kimi xəstəxanaya qaçdım lakin çox gec qalmışdım. O gördüyüm ən gözəl ən şirin kiçik qız idi. O mənim bütün hayatım idi" deyib. 


Səlahiyyətlilər təcavüzkar itin cinsinin hələ təyin oluna bilmədiyini, ancaq Li Raytın fərqli cinsdən itləri çütləşdirərək yaratdığı balaları satdığı istiqamətindəki iddiaları araşdırdıqlarını bildirib.