Rusiyadan Azərbaycana qızılca xofu

12 Fevral 2014 15:35 (UTC+04:00)

Rusiyada qızılca xəstəliyi ilə bağlı vəziyyət yenidən təhlükəli həddə çatıb. Məlumatlara görə, digər xarici ölkələrdə qızılcaya yoluxma halları da məhz Rusiyadan gedən əcnəbilər vasitəsilə yayılır. Azərbaycan Rusiya ilə sıx gediş-gəlişin olduğu ölkələr arsında olduğundan, eləcədə həmsərhəd olduğundan,  ölkəmizə bu xəstəliyin keçmə ehtimalı böyükdür. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə Movqe.az-a açıqlamasında Azərbaycanda qızılcaya qarşı immunlaşdırmanın yüksək səviyyədə aparıldığını, Rusiyadan  Azərbaycana bu xəstəliyin keçmə ehtimalının 0-a bərabər olduğunu söyləyib. Şöbə müdiri bildirib ki, hazırda Azərbaycanda qızılcaya yoluxma ilə bağlı bir fakt belə yoxdur: "Biz qızılca xəstəliyi ilə bağlı tam rahatıq. Çünki, iötən il mmunlaşdırma işləri yüksək səviyyədə aparılıb və bu işlər davam edir. Biz Rusiyadan Azərbaycana qızılca xəstəliyinin keçməsi ilə bağlı narahat deyilik".