ANS-in zəlzələ reportajı əhalidə narahatlıq yaradıb

12 Fevral 2014 15:42 (UTC+04:00)

Ekspertlərin ölkədə 8-9 bal gücündə zəlzələ ola biləcəyi ilə bağlı verdiyi açıqlamalar insanlarda təşviş yaradıb. "Qafqazinfo" məsələyə aydınlıq gətirmık üçün Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı ilə əlaqə saxlayıb . Mətbuat Xidmətinin rəhbəri deyib ki, ANS televiziyasında göstərilən süjetlə bağlı bu gün insanlar dəfələrlə xidmətlərinə  zəng edib: "Onlar təşviş içindədirlər. Hamıya məlumdur ki, zəlzələnin olacağı günü əvvəlcədən müəyyənləşdirmək mümkün deyil. Zəlzələnin proqnozu yoxdur.  Bizim  mərkəzimiz həmişə bildirir ki, Azərbaycan seysmik cəhətdən aktiv zonadır. Burada tarixən də zəlzələlər olub. Kibernetika institunun eksperti Telman bəy 8-9 bal gücündə zəlzələ olacağını deyir.  Bunu hansı əsaslarla deyirsə, buyurub izah etsin.  Onun açıqlamalarının bizə dəxli yoxdur.  İnsanlar qorxu keçirirlər. Hər cür yəni xəstə, infarkt keçirən, vəziyyəti yaxşı olmayan insanlar var.  Bu cür insanların həyati üzərinə açıqlamalar vermək olmaz.  Ya da həmin şəxs yaranmış vəziyyətdən istifadə edərək özünü reklammı etmək istəyir?  Dünyanın hələ heç bir aləmi zəlzələnin vaxtını əvvəlcədən müəyyənləşdirə bilməyib.  Kibernetika İnstitutu bunu müəyyənləşdirə bilibsə, buyurub elmi cəhətdən bunu əsaslandırsın".

Vüsalə Rafiqqızı qeyd edib ki, insanlar narahatdırlar: "Amma biz deyirik ki , narahatçılığa ciddi əsas yoxdur. Təxribata, yalan məlumata uymayın.  Gün ərzində onlarla xırda təkanlar mərkəzimiz tərəfindən qeydə alınır. Bunların maqnitudası 3 bal olduqda ictimaiyyətə məlumat veririk".