Azərbaycanlı gənclərin təhsil ala biləcəyi xarici ali məktəblərin siyahısı

12 Fevral 2014 20:24 (UTC+04:00)

Xaricdə təhsil almaq üçün 33 ölkənin 544 ali təhsil müəssisəsinə müraciət etmək olacaq

2014, 2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı təsdiq olunub.


Movqe.az-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.


O bildirib ki, yeni siyahı Azərbaycan prezidenti yanında Təhsil məsələləri üzrə Komissiya sədrinin 10 fevral 2014-cü tarixli sərəncamı təsdiqlənib. Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar.