Havalar isinir
13 Fevral 2014 09:15 (UTC+04:00)
Movqe.az xəbər verir k, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin
məlumatına görə Bakıda və Abşeron yarımadasında bu gün hava
şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı
gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı
var. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4,
gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın
rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Gecə və
səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 0-5, gündüz 10-15 dərəcə isti, dağlarda gecə
1-6, yüksək dağlıq ərazilərdə 7-12 dərəcə şaxta, gündüz 5-10 dərəcə
isti olacağı gözlənilir.