Ebru Gündeş ortaya çıxdı (FOTO)

13 Fevral 2014 09:30 (UTC+04:00)
"O ses Türkiye" final hissəsindən sonra ortadan yoxa çıxan Ebru Gündeş "Nişantaşı"nda görüntüləndi.
ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 17 dekabr korrupsiya və rüşvət əməliyyatı çərçivəsində saxlanılan həyat yoldaşı Rza Zərraba görə sıxıntılı günlər keçirən Gündəş "Amerikan" xəstəxanasında yatan dostunu ziyarət etməyə gəlib. Makiyajsız və yorğun halı ilə diqqət çəkən Ebru Gündeş müxbirlərin əri haqqındakı suallarına tuş gəlməmək üçün qaçaraq maşınına minib.
Onun cangüdənlərinin sayını 2-ə qaldırdığı müşahidə olunub. Gündeşin bir cangüdəni maşında gözləyərkən, digəri xəstəxana içində onu izləyirdi.