Cəbhədə atəşkəs pozulub

13 Fevral 2014 10:23 (UTC+04:00)

Erməni silahlı bölmələri bir neçə istiqamətdə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar

Cəbhə xəttində atəşkəs yenidən pozulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub.


Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Əbdürrəhmanlı, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 


Qarşı tərəf cavab atəşi ilə susdurulub.