Əsgərimiz minaya düşərək şəhid olub

8 İyun 2012 13:09 (UTC+04:00)

Azərbaycan Ordusunun əsgəri minaya düşüb. APA-nın məlumatına görə, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb. 

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgəri, 19 yaşlı Səadətdin Müslüm oğlu Məmmədov şəhid olub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib. 

Qeyd edək ki, S. Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.