"Yahşi Cazibe " serialı Azərbaycanda tənqid edildi

8 İyun 2012 15:02 (UTC+04:00)
Mövqe.Az "Hürriyet " qəzetinə istinadən yazır ki, son vaxtlarda Türkiyə serial sektorunda inanılmaz yüksəliş yaşayır. Bir çox türk serialları başqa ölkələrdə də izləmə rekordlarını qırır. Lakin  buna baxmayaraq, bəzi seriallar sevilsə də, tənqid də olunur. Türkiyə mətbuatı yazır:" Azərbaycan- Türkiyə haqqında bəhs edən "Yahşi Cazibə" komediya serialında Azərbaycanlı qızı canlandıran Cazibə Azərbaycanlılar tərəfindən tənqidlə qarşılanıb. Buna səbəb serialın əsas süjet xəttində Azərbaycanlı qızı canlandıran Cazibənin Türkiyədə qala bilməsi üçün türklə evlənməsi olmuşdur.