Gələn həftədən əhalinin dispanserizasiyasına start veriləcək
13 Fevral 2014 13:27 (UTC+04:00)
Gələn həftədən Nizami rayonunda dispanserizasiyaya start veriləcək.
Movqe.az xəbər verir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyətində
2013-cü ilin yekunlarına həsr olunan tədbirdə Nizami rayon icra
başçısı Tahir Budaqov məlumat verib. T. Budaqov artıq rayon
ərazisindəki səhiyyə müəssisələrinin bu tədbirə hazır olduğunu
söyləyib. Bunu rayon əhalisinin sağlamlığının qorunması
istiqamətində zəruri tədbir hesab etdiyini söyləyən başçı
dispanserizasiyanın dövlət tibb müəssisələrində keçiriləcəyini
söyləyib.