Kanadalı elm adamlarının araşdırmasına görə , mamoqrafiyanın döş xərçənginin erkən diaqnoz və müalicəsində təsirli olmadığı ortaya çıxıb.
Movqe.Az xəbər verir ki, Kanadalı elm adamlarının 25 ildir 90 minə yaxın qadın üzərində reallaşdırdığı bir araşdırmaya görə , mamografiya döş xərçənginin erkən diaqnoz və müalicəsində təsirli olmadığı aşkar olunub. Toronto Universiteti Dalla Lana Xalq Sağlamlığı Fakültəsi müəllimlərindən Prof. Kornelia Baines və qrupunun , Kanadanın 6 əyalətindəki 15 xərçəng təhlili mərkəzində 25 il davam edən araşdırmaları , tibb jurnalı British Medical Journalda nümayiş olunub.
Yaşları 40-59 arası olan 89 min 835 qadın üzərində edilən araşdırmaya görə , mamogram testlərinin döş xərçəngi ölümlərinin azalmasına müsbət bir təsiri olmayıb.
Kanadalı Baines və qrupunun araşdırma nəticələri ABŞ və Kanadada müzakirə yaradıb , bəzi elm adamları mamografiyanın lazımsız olduğunu iddia edib.
Nyu York Timesin xəbərinə görə Amerika Xərçəng İcmasından Dr. Riçard Vender , mamografiyanın 40 yaşlardakı qadınlarda tətbiqinin süd vəzisi xərçəngindən ölüm nisbətini 15 %, 50 yaşlarda tətbiq olunmağa başlanmasıyla 20 % nisbətində azaltdığını iddia edib.
Ontario Xərçəng Agentliyi isə etdiyi şərhdə , araşdırmanın mamografiya testlərinə təsir etməyəcəyini bildirib.