Əhali pulsuz müayinə və müalicə ediləcək-Eksklüiziv

13 Fevral 2014 16:17 (UTC+04:00)
Respublika üzrə əhalinin icbari dispanserizasiyası aparılacaq. Bu məlumatı Movqe.az-a Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəis müavini Rauf Nağıyev  verib. R. Nağıyev bildirib ki, əhalinin icbari müayinəsinə fevralın 17-dən start veriləcək. R. Nağıyev müayinələrin mart ayının 1-dək davam edəcəyini bildirib. R. Nağıyevin sözlərinə görə,  əhali qrupu fevral ayının 17-dən etibarən icbari şəkildə  tibbi yoxlamalardan keçiriləcək: "Məqsəd əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması məqsədi daşıyır".

R. Nağıyev artıq ölkə üzrə tibb müəssisələrinin icbari dispanserizasiyaya hazır vəziyyətə gətirildiyini söyləyib. Onun sözlərinə görə, zərurət olarsa, dispanserizasiyadan keçənlərin xəstəliklərinin müalicəsi də dövlət hesabına aparılacaq.