Ötən ildən bəri Lumia Icon adıyla tanınan Nokianın yeni ağıllı telefonu rəsmi olaraq tanıdılacaq.
Movqe.Az xəbər verir ki, Lumia 930 , Nokianın ən iddialı ağıllı telefonlarından biri olmağa namizəddir . 5 düym ölçüsündəki ekranından Full HD həllolma əmsalı təqdim edən ağıllı telefon , Qualcomm Snapdragon 800 prosessor və 2 GB yaddaşa malikdir. Daxili yaddaşı 32 GB olsa da bu ağıllı telefonu alan istifadəçilər , - digər Lumialarda olduğu kimi- pulsuz SkyDrive bulud saxlama sahəsinə sahib olacaqlar.
Telefonda həmçinin , səs keyfiyyətinin artırılması məqsədilə dörd ədəd HDR mikrofon da var.
Lumia 930 , 24-27 Fevral tarixləri arasında Barselonada keçiriləcək olan MWC 2014 sərgisində tanıdılacaq və satışa təqdim ediləcək.