DOLÇA

14 Fevral 2014 08:00 (UTC+04:00)

Təmkinli, soyuqqanlı olun. Emosiyaların əsarətinə düşsəniz, bütün işlərdə problemlər yaranacaq. Yaxşı heç nə gözləmədiyiniz insanlardan biri sizə yardım edəcək. Nüfuzlu düşmən qazanmaq istəmirsinizsə, aldığınız yardıma görə minnətdarlıq edin.

Səfərlərdə ehtiyatlı olun. Problemlər, o cümlədən ciddi çətinliklər ola bilər. Yaxınlarınızla münasibətlərdə gərginlik yaratmayın. Belə situasiya varsa, səbəbi tapın və problemi çözün.