Prezidentə tar və kamança hədiyyə edildi

13 Fevral 2014 18:13 (UTC+04:00)
Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışını edən prezident İlham Əliyevə milli musiqi alətlərimiz olan tar və kamança hədiyyə olunub.

Daha sonra Prezident İlham Əliyevə Milli Konservatoriyanın maketi təqdim olunub, gələcəkdə burada görüləcək işlər barədə məlumat verilib. 

Dövlətimizin başçısı yeməkxanada yaradılan şəraitlə də tanış oldu. Qeyd edildi ki, binanın daxilində yüksək zövqlə tərtib olunan üzgüçülük hovuzu da qurulub. 

Qeyd edək ki, açılış mərasimində iştirak edən prezident milli mənəvi dəyərlər üzərində bərqərar olan Azərbaycan dövləti milli musiqinin inkişafına da xüsusi diqqət göstərdiyini deyib. 

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mədəniyyət xadimlərinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını, mədəniyyətin, xüsusilə də milli musiqinin inkişafının prioritet olduğunu vurğulayıb.