Rəqsanə Mübariz Mənsimovun işçisi ilə çalışacaq
13 Fevral 2014 20:19 (UTC+04:00)
Müğənni Rəqsanə İsmayılova Türkiyəyə yola
düşüb.
Sənətçi oradakı albom hazırlıqlarının başa çatdığını bildirib.
Budəfəki səfər zamanı isə Rəqsanə özünə yeni aranjimançı tapıb.
İfaçı Kan Gökmanla işbirliyi qurub. Rəqsanə bundan sonra bütün
mahnılarını ona həvalə edəcək.
Qeyd edək ki, Kan Türkiyədə bir çox məşhur müğənnilərlə çalışıb. O,
eyni zamanda Mübariz Mənsimovun Pal FM radiosunda efir rejissoru
vəzifəsində işləyir. (Axşam.az)