Aygün Kazımova bu gün Sevgililər gününü qeyd etməyəcək !
14 Fevral 2014 10:16 (UTC+04:00)
Bu gün bir çoxları üçün sevgililər günü kimi qeyd olunsa da, xalq
artisti Aygün Kazımova bu günün onun üçün heç bir əhəmiyyət kəsb
etmədiyini söyləyib. Xalq artisti İnstaqram səhifəsində 20 Yanvar
şəhidləri İlham Fərizənin şəkillərini paylaşaraq belə yazıb :
" 14 fevral mənim üçün sevgililər günü deyil! 30 iyun İlham və
Fərizənin evləndiyi gündür!!! Alllah rəhmət eləsin! "
Xalq artistinin bu paylaşımına İlham və Fərizənin yaxınlarından
da reaksiya gəlib. Onlar Aygün Kazımovaya təşəkkürlərini
bildiriblər: " Aygün xanım, çox sağolun. Öz adımdan sizə
minnətdaram. Fərizə mənim bibimdir. Biz də onunla və İlhamla fəxr
edirik. Nənəm şəxsən sizə minnətdarlığını bildirir. Gözlərinizdən
öpür. Ailəmiz adından sizə minnətdarıq ".