Sosial media təcavüzü sui-qəsdə səbəb oldu

14 Fevral 2014 11:38 (UTC+04:00)

İtaliyada 14 yaşındakı qız , virtual mühitdə məruz qaldığı təcavüzlər nəticəsində intihar etdikdə, siber hücumlara qarşı cinayət sanksiyası nəzərdə tutan bir qanun layihəsi məclisə təqdim edilib.


Movqe.Az xəbər verir ki, İtalya mətbuatında verilən xəbərlərə görə , internetdə 14 yaşındakı qız , sevgilisindən  ayrıldıqdan sonra duyğularını digər istifadəçilərlə bölüşmək üçün sual və cavablar üzərindən işləyən bir sosial media saytına daxil olub.

 Bəzi anonim istifadəçilərdən gənc qıza , "Özünü öldür" , " Heç kəs səni istəmir" və "Sən normal deyilsən " kimi cavablar gəlib.


 Gənc qız da ötən bazar günü yüksək binadan atlayaraq dünyasını dəyişib. İtalyan gənci ölümə aparan səbəblər hələ məlum  deyil.