Mübariz Mənsimov 150 milyona restoran aldı

14 Fevral 2014 12:55 (UTC+04:00)

Azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin ən böyük ət restoranı olan "Günaydın Et"i satın alır.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha öncə restoranın böyük hissəsini təkbaşına satın alacağı bildirilən Doğuş Holdinq idarə heyətinin başqanı Ferit Şahenkin yanına azərbaycanlı iş adamı Mübariz Mənsimov da əlavə olunub. Onlar birlikdə "Günaydın Et"in 70 faizini satın alacaqlar.


Məlumatlara görə, M.Mənsimova və ortağına restoranın 35 faizi düşəcək. 30 faiz isə "Günaydın"ın qurucusu Cüneyt Asanda qalacaq.


Satın alınacaq 70 faiz hissə üçün 150 milyon dollar ödəniləcək