Milli Məclisin qarşısında insident baş verib

8 İyun 2012 17:15 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Milli Məclisin qarşısında insident baş verib. 

Orta yaşlı bir bəy Milli Məclisin binasında özünü yandırmaq qərarına gəlib. O, üzərinə benzin tökərək, hər kəsi hədələməyə başlayıb.

İnsidentə səbəb isə, onun bu yaxınlarda şəhid düşmüş oğluna heç kimin yiyə durmamasıdır. Qeyd edək ki, özünü yandırmaq istəyən şəxs şəhid Quliyev Emin İsmayıl oğlunun atasıdır.

"Mənim oğlum ayın beşində şəhid olub. Lakin heç kim onunla maraqlanmır. Şəhid olan gündən gətirib üstümüzə atdılar. Ondan sonra heç kim soruşmur ki, nə vəziyyətdəyik. Mənim oğlum hələ uşaq idi. Onun əsgərlikdən gəlməyinə 15 gün qalmışdı", - şəhid atası deyib.

Türkan Nadirqızı

Movqe.Az