ŞİR

15 Fevral 2014 08:00 (UTC+04:00)

Çox maraqlı, hadisələrlə zəngin gündür. Olaylar fərqli, müsbət və mənfidir. Problem ondadır ki, yaranan imkanlara əksər hallarda düzgün reaksiya vermirsiniz. Peşə fəaliyyəti ilə bağlı çətinliklərinizi çözmək, karyera müstəvisində irəliləmək şansını dəyərləndirin. Nüfuzlu insanlarla münasibətlərdə gərginlik yaratmayın. Bəzi qərar, söz və addımlarınız aqressiv təsir bağışlaya bilər.