Yaponiya nəhəngi Rakuten , "Viber"ı satın aldı

14 Fevral 2014 17:51 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, anlıq mesajlaşma tətbiqi Viber , bu gündən etibarən 900 milyon dollar qarşılığında Rakutenə satılıb.

Yaponiyanın ən böyük e- ticarət firmalarından biri olan və son günlərdəki satışlarıyla daha da böyüməyi hədəfləyən Rakuten , yeni bir şirkəti tərkibinə qatıb.

 Son olaraq ötən dövrdə Kobo , Wuaki.tv və Viki kimi əhəmiyyətli internet şirkətlərini tərkibinə qatan Yapon nəhəngi Rakuten bu gün isə hamımızın bildiyi anlıq mesajlaşma tətbiqi Viberi satın alıb.


Viberin yeni sahibi Rakutenin , Mobil platformdakı Skype , WhatsApp və Viber tətbiqlərinin arasındakı rəqabətə fərqli bir ölçü gətirə biləcəyi deyilir.